Böhranda olan Yunansıtan Egeydəki adalarını satır
26 İyun 2010 Şənbə 05:50
Hökumət adaları satmaq və ya uzun müddətli icarəyə verməklə bu yerlərə xarici investorları cəlb etməyi, beləliklə də yeni iş imkanlarının yaranmasını ümid edir.
İqtisadi böhran səbəbilə çətin günlər yaşayan Yunanıstan Egey dənizindəki 6 minə yaxın adanı satmaq və ya uzun müddətli icarəyə verməyə hazırlaşır. İngiltərənin “The Guardian” qəzetinin verdiyi məlumata görə, satış siyahısının əvvəlində məhşur Mikonos adası var. Adanı, 3/1 yunan hökumətinə aid olmaq şərtilə turizm məkanına çevirəcək investor axtarılır.

Satılacaq daha bir ada isə Rodosdur. Qeyd edək ki, rusiyalı və çinli investorlar, həmçinin milyarder Roman Abramoviç bu ada ilə maraqlanır.

Adaların satılması istiqamətində tövsiyyəni Yunanıstan hökumətinə bu ölkəyə ilk dəfə kredit verməsi gözlənilən Almaniya verib. Onlar hətta Yunanıstanın tarixi əsərlərini, hətta bu ölkənin tarixi rəmzi hesab edilən Akropolun da satılmasını məsləhət görürlər.

Xatırladaq ki, Yunanıstanın minlərlə adasından sadəcə 227-də yaşayış var. Bu adalara infrastruktur və s. xidmətləri çatdırmaq üçün Yunanıstan hökumətinin büdcəsi əlverişli deyil. Qəzetin xəbərinə görə, hökumət adaları satmaq və ya uzun müddətli icarəyə verməklə bu yerlərə xarici investorları cəlb etməyi, beləliklə də yeni iş imkanlarının yaranmasını ümid edir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar