“Boeing”in xalis mənfəəti hərbi sifarişlər hesabına artıb
28 Aprel 2011 Cümə Axşamı 13:40
ABŞ-ın “Boeing” aerokosmik nəhənginin xalis mənfəəti cari ilin I rübündə 13% artaraq 586 mln. dollara çatıb.


Bakı - APA-Economics. ABŞ-ın “Boeing” aerokosmik nəhənginin xalis mənfəəti cari ilin I rübündə 13% artaraq 586 mln. dollara çatıb.

“APA-Economics”in xəbərinə görə, şirkət mülki aviasiya sifarişlərinin azalmasını hərbi sifarişlər hesabına kompensasiya etməklə analitikləri təəccübləndirib.

Hesabat dövründə “Boeing”in gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% azalaraq 15,2 mlrd. dollardan 14,9 mlrd. dollara enib. Əməliyyat gəlirində isə 15%-lik azalma qeydə alınıb - 1,7 mlrd. dollar 1 mlrd. dollara qədər azalıb.

Qeyd edək ki, dünyanın ən böyük aerokosmik korporasiyalarından olan “Boeing”in mərkəzi ofisi Çikaqo (İllinoys ştatı) şəhərindədir. Şirkət dünyanın 145 ölkəsindən olan sifarişçilərə xidmət edir. Hazırda dünyada 12 min “Boeing” sərnişin təyyarəsi istifadə olunur ki, bu da dünya aviaparkının 75%-i deməkdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar