Bodrumda miqrantları aparan qayıq batıb
25 İyul 2013 Cümə Axşamı 15:56
İtkin düşən 15 nəfərin axtarışına başlanılıb.
Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda sərnişin qayığı batıb. İddiaya görə, qayıqda qeyri-qanuni yollarla Yunanıstana getmək istəyən miqrantlar olub. Hazırda itkin hesab edilən 15 miqrantın axtarışı istiqamətində əməliyyata başlanılıb.
Hadisə səhər saatlarında baş verib. Məlumatlara görə, göyərtəsində 40 miqrantın olduğu iki ayrı qayıq qeyri-qanuni yolla Yunanıstanın İstanköy adasına çatdıqda Yunanıstanın sahil-mühafizə xidmətinin diqqətini çəkib.
Nəzarət altına alınan miqrantlar göyərtəsində 15 nəfərin olduğu üçüncü bir qayığın da olduğunu bildiriblər. Bundan sonra həmin qayığın batdığı ehtimal edilib və axtarışa başlanılıb. Axtarışa həm Türkiyənin, həm də Yunanıstanın sahil-mühafizə xidməti qoşulub.
DOSTLARINLA PAYLAŞ: