BMW ilə Peugeot-Citroen birləşir
08 Mart 2011 Çərşənbə Axşamı 17:16
Onlar yeni müəssisənin yaradılmasına 100 milyon avro ayırmaq niyyətindədir
Avropanın iki iri avtomobil konsernləri olan BMW və “Peugeot-Citroen” yeni bir müştərək müəssisənin yaradılması ilə bağlı razılığa gəlib. Belə ki, bu müəssisə hidrid avtomobillər üçün texnologiyaların hazırlanması ilə məşğul olacaq. Artıq bu günlərdə şirkətlər layihənin bir sıra detallarını müzakirə edib.

Məlumata görə, ilkin mərhələdə “BMW” və “Peugeot-Citroen” yeni müəssisənin yaradılmasına 100 milyon avro vəsait yatırmaq niyyətindədir. Şirkət “BMW Peugeot-Citroen Electrification” adını daşıyacaq və iki ölkədə - Almaniyanın Münhen və Fransanın Mülhauz şəhərlərində yerləşəcək.

Avtomobil istehsalçılarının planlarına görə, yeni şirkət bu ilin ikinci rübündə fəaliyyətə başlayacaq. Müştərək müəssisənin istehsal etdiyi ilk məhsullar isə 2014 ildə sifarişlə konsernlərin zavodlarına çatdırılacaq.

İki müəssisənin birləşməsinə səbəb yeni texnologiyaların hazırlanmasında istehsal xərclərinin azaldılmasıdır. Belə ki, artıq hər iki konsern ekoloji təmiz avtomobillərin istehsalında özünü sınayıb. BMW isə xüsusi olaraq "EfficientDynamics” adı altında daha irəli gedərək yanacaqda qənaətə üstünlük verməyə çalışacaq.

Bundan başqa, “BMW Peugeot Citroen Electrification” dəmər yolu nəqliyyatı üçün qida sisteminin istehsalı və təminatı ilə məşğul olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar