BMT Ukraynanın ərazi bütövlüyünü dəstəklədi
27 Mart 2014 Cümə Axşamı 21:04
BMT-nin 100 üzv ölkəsi Krımdakı referenduma qarşı olan qətnamənin lehinə səs verib.
Ukraynanın ərazi bütövlüyü ən yüksək səviyyədə tanınıb.

ANS PRESS-in məlumatına görə, BMT-nin Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.

Qətnamədə dünya ölkələrini Krımın Rusiyaya birləşdirilməsini tanımamağa çağırır.

BMT-nin 100 üzv ölkəsi Krımdakı referenduma qarşı olan qətnamənin lehinə səs verib. 11 ölkə əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar