BMT TŞ-da Suriyaya dair qətnamə layihəsi səsə qoyulacaq
20 İyul 2012 Cümə 10:27
Ötən gün daha bir qətnamə layihəsinin səsverməsi isə baş tutmayıb.
Bu gün BMT-nin Təhlükəsizlik Şurası Suriya üzrə qətnamə layihəsinin qısa və texniki variantını qəbul etməyə çalışacaq. Həmin qətnamə layihəsi iyulun 21-də mandatı başa çatmalı olan BMT müşahidəçilərinin Suriyadakı missiyasının müddətinin uzadılması üçün lazımdır.
Böyük Britaniyanın təklif etdiyi və Suriyaya hərbi müdaxiləyə yol açan digər bir qətnamə layihəsinin dünən səsə qoyulması isə baş tutmayıb. Buna Rusiya və Çin razılıq verməyib.
DOSTLARINLA PAYLAŞ: