BMT Təhlükəsizlik Şurası Krımla bağlı toplanır
10 Mart 2014 Bazar Ertəsi 21:10
BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı iclas cağırıb.
ANS PRESS-in məlumatına görə, martın 11-də keçiriləcək Təhlükəsizlik Şurasının iclası qapalı olacaq.
Ukraynadakı hadisələrlə bağlı iclas və məsləhətləşmələr fevralın 28-dən BMT Təhlükəsizlik Şurasında Ukrayna nümayəndəliyinin müraciəti ilə əlaqədar keçirilir. Bu dəfə iclasda hansı məsələlərin müzakirə olunacağı barədə məlumat verilmir.
Sonuncu dəfə Təhlükəsizlik Şurası Ukrayna üzrə martın 6-da toplanmışdı.
DOSTLARINLA PAYLAŞ: