BMT öz etibarlılığını itirib
24 May 2013 Cümə 05:01
Türkiyənin XİN rəhbəri beynəlxalq qurumu kəskin tənqid edib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada çıxışı zamanı Birləşmiş Millətlər Təşkilatını (BMT) tənqid edib. Hazırkı problemlərin həllində aciz qaldığını bildirən Davudoğlu qeyd edib ki, təşkilat artıq dünya ölkələri arasında öz etibarlılığını itiribdir. Onun sözlərinə görə, vəziyyətin yeganə çıxış yolu təşkilatın yenidən qurulmasıdır.
“Gözümüzün önündə yüz min insan öldü. Milyonlarla insan evsiz qaldı. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bu barədə qərar qəbul etməsi bir yana dursun, məsələylə bağlı heç bir açıqlama da vermədilər. 90-cı illərdə Sretrenitsada baş verən qətliamlara görə bizim ürəyimiz yanırdı, onlar isə heç nə olmamış kimi seyr edirdilər. Çünki beş ölkənin burada qərarları daha əsasdır. Bu ölkələrin maraqları bir-biri ilə uyğun gəldikdə asanlıqla öz xeyirlərinə qərar qəbul edirlər. Əks halda isə, 187 ölkə yansa da, onlar üçün fərq etməz”.
DOSTLARINLA PAYLAŞ: