BMT nümayəndəsi: Suriya hissə-hissə dağılır
30 Yanvar 2013 Çərşənbə 10:28
Laxdar Brahimi hər iki tərəfin Suriyanı dağıtdığını deyib.
Suriya hissə-hissə dağılır. Bunu BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Laxdar Brahimi bəyan edib. BMT Təhlükəsizlik Şurasında çıxış edən Brahimi Suriyadakı münaqişənin ən son zorakılıq həddinə çatdığını deyib.

"Bunun məsuliyyəti həm Bəşər Əsəd hökumətinin, həm də silahlı müxalifətin üzərindədir. Obyektiv olaraq, onlar Suriyanın dağılmasında bir-birlərinə kömək edirlər. Suriya hissə-hissə dağılır", - deyə, Suriya üzrə xüsusi səfir bildirib.

Laxdar Brahimi bu bəyanatı Suriyanın Hələb şəhərində kütləvi qətl qurbanı olduğu ehtimal edilən onlarla insanın meyidi aşkar edildikdən bir neçə saai sonra verib.

Qeyd edək ki, BMT-nin hesablamalarına görə, Suriyada 2011-ci ilin martından davam edən silahlı münaqişədə artıq 60 mindən çox adam ölüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar