BMT-nin fəaliyyəti dayanıb
11 Fevral 2010 Cümə Axşamı 11:05
Fevralın 10-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qar fırtınası səbəbi ilə bağlanıb.
APA-nın xəbərinə görə, təmir-bərpa işlərinin aparıldığı qərargahla yanaşı, təşkilatın istifadə etdiyi bütün müvəqqəti binalarda da iş dayanıb. Təhlükəsizlik Şurasının iclası ləğv edilib, bütün digər rəsmi tədbirlər, yığıncaqlar təxirə salınıb. Baş katibin fevralın 10-na təyin olunmuş görüşlərinin vaxtı dəyişdirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: