BMT-nin Baş katibi Koreyanın nüvə sınağını pisləyib
26 May 2009 Çərşənbə Axşamı 00:55
BMT-nin Baş katibi Koreyanın nüvə sınağını pisləyib. “Bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq-aşkar və ağır şəkildə pozulmasıdır”

BMT-nin Baş katibi Pan Gi Mun Koreya Xalq Dkomkratik Respublikası tərəfindən həyata keçirilmiş nüvə sınağını qətiyyətlə pisləyib. ANS PRESS xəbər verir ki, Baş katibin rəsmi nümayəndəsi bu gün BMT-nin mənzil-qərargahında bu barədə bəyanat yayıb. Bəyanatla deyilir: “BMT-nin Baş katibi KXDR tərəfindən yeraltı nüvə sınağının keçirilməsini pisləyir. Bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq-aşkar və ağır şəkildə pozulmasıdır”.
Xatırladaq ki, mayın 26-da KXDR yeraltı nüvə sınağı keçirib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar