BMT-nin 10 ildirmüzakirə etdiyi saziş təsdiq olundu
03 Aprel 2013 Çərşənbə 07:31
Silah razılaşması sazişi 154 ölkənin dəstəyi ilə qəbul edildi.
BMT Baş Assambleyası beynəlxalq silah ticarətinə dair razılaşmanı təsdiq edib. Keçirilən səsvermədə 193 üzv ölkədən 154-ü sənədin lehinə, 3-ü əleyhinə səs verib. Rusiya da daxil olmaqla 23 dövlət isə bitərəf qalıb. Bu sənəd 10 ildən çox idi ki, BMT-də müzakirə olunurdu. İnsan haqları fəalları və bəzi dövlətlər onun qəbulu üçün lobbiçilik edirdilər. Razılaşma silahın terrorçu qrupların, üsyançılar və cinayətkarların əlinə düşməməyi üçün dövlətlərdən xüsusi nəzarət mexanizmi tətbiq etməyi tələb edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar