BMT-ni baş katibi Türkiyə və İsrailə müraciət edib
03 Sentyabr 2011 Şənbə 12:16
Pan Gi Mun tərəfləri barışığa çağırıb
Qəzzaya humanitar yardım aparan “Azadlıq donanması”na hücumdan sonra Türkiyə ilə İsrail arasında ikitərəfli münasibətlər ən gərgin tarixi anlarını yaşayır. Ötən gün BMT-nin hadisə ilə bağlı yaradılmış komissiyasının yekun hesabatından sonra Türkiyə İsraillə münasibətlərini səfirliyin ikinci katibliyi səviyyəsinə endirdi. Türkiyə səfirini isə İsraildən geri çağırdı.

Bu gün isə BMT-nin baş katibi Pan Gi Mun tərəfləri mövqelərini yaxşılaşdırmağa və qurumun hazırladığı hesabatdan tövsiyələr almağa çağırıb.

“Ümid edirəm ki, Türkiyə və İsrail ikitərəfli münasibətlərini yaxşılaşdıracaq. Hər iki ölkə regionda əhəmiyyətli rol oynayır. Yaxın Şərqdə mövcud olan vəziyyəti nəzərə alsaq, münasibətlərin normallaşması olduqca vacibdir”,-deyə BMT baş katibi Kanberrada Avstraliya baş naziri ilə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar