BMT İnsan Hüquqları şurası Yaxın Şərqlə bağlı qərar qəbul edib
23 Mart 2012 Cümə 06:24
Rəsmi Tel-Əviv isə qərarın qərəzli olduğunu hesab edir.
BMT-nin İnsan Hüquqları şurası İsrailin İordan çayının qərb sahilində saldığı tikililərin fələstinlilərin hüquqların pozub-pozmadığını araşdıracaq xüsusi komissiyanın yaradılması barədə qərar qəbul edib. Qərarın lehinə 36 dövlət səs verib,10 nəfər bitərəf və 1 nəfər ABŞ isə qərarın əleyhinə səs verib. İsrailin baş naziri Benyamin Netanyahu artıq qəbul olunmuş qərara öz münasibətini bildirib. Onun fikrincə, bu insan haqları şurasının ikiüzlülüyündən irəli gəlir. Baş nazir hesab edir ki, şurada 36 dövlət İsrailə qarşı qərəzli mövqedə dayanır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar