BMT ət əvəzinə böcək yeməyi təklif edir
03 Dekabr 2010 Cümə 03:30
Mütəxəssislər yer üzündə yeyilməsi mümkün olan 1400 cür böcək olduğunu deyib
BMT Ərzaq və Kənd Təssürfatı Təşkilatı (FAO) dünyada gözlənilən ərzaq böhranına qarşı mübarizə tədbirləri çərçivəsində fərqli qidalanma modeli təklif edir. ANS PRESS “İnternethaber” saytına istinadən xəbər verir ki, bu təklifə görə insanlar bundan sonra ət yox, böcək yeməlidirlər. BMT bu fikrini dəstəkləyərək bir tikə ətdə olan protein miqdarının bir ədəd çəyirtkədə də olduğunu bildirir. Bundan başqa mütəxəssislər yer üzündə yeyilməsi mümkün olan 1400 cür böcək olduğunu deyib.

Qeyd edək ki, bir çox Avropa ölkəsində böcək restoranları var. Çində isə belə restoranları hər küçədə görmək mümkündür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar