BMT-nin Avstriya nümayəndəliyinin britaniyalı əməkdaşı intihar edib. “Kronentsaytunq” qəzetinin məlumatına görə, o, özünü Vyana Beynəlxalq Mərkəzinin binasının 17-ci mərtəbəsindən atıb.
47 yaşlı BMT əməkdaşı aşağı atılıb və 40 metrlik enişdən sonra digər binanın damına düşüb. Timoti Eyçin sirli öülümü ilə bağlı araşdırma aparılır. Qəzetin məlumatına görə, onun ölümündən sonra heç bir məktub qalmayıb.
ANSPRESS