BMT-dən Türkiyə üçün önəmli qərar
27 Sentyabr 2013 Cümə 06:46
Pan ki Mun ilk dəfə bu ölkədə “Dünya Humanitar Yardım” sammitinin keçiriləcəyini açıqlayıb.
BMT baş katibi Pan ki Mun 2016-cı ildə ilk dəfə keçirilməsi nəzərdə tutulan “Dünya Humanitar Yardım” sammitinin İstanbulda baş tutacağını açıqlayıb. Baş katib bu sammit üçün bir çox ölkənin, xüsusilə İsveçrənin istəkli olduğunu, amma qurum olaraq İstanbula qərar verdiklərini açıqlayıb.

“Ciddi bir dəyərləndirmə prosesindən sonra Türkiyə hökumətinin tələbini qəbul edərək sammitin İstanbulda keçirilməsinə qərar verdim. Türkləri təbrik edirəm”.

Türkiyədə 450 mindən çox suriyalı qaçqın olduğunu xatırladan Pan ki Mun 2011-ci ildə bu ölkənin Van vilayətində zəlzələ baş verdiyini və şəhərdə böyük itkilər olduğunu qeyd edib.

“Bu gün bu səxavətli təklifi və ilk “Dünya Humanitar Yardım” sammitinə ev sahibiyi edəcək olmasına görə hər birinizi Türkiyəyə təşəkkür etməyə səsləyirəm”.

Sammitin 2016-cı ildə keçiriləcəyini deyən baş katib bunun adi bir tədbir olmayacağını, burda humanitar yardımların və təcili müdaxilənin necə həyata keçiriləcəyinin və ehtiyac sahiblərini tapmaq üçün atılacaq addımların dəyərləndiriləcəyini açıqlayıb.

Pan ki Mun bütün ölkələrdən bu tədbirdə geniş tərkiblə iştirak etməyi tələb edib.

Bundan başqa BMT baş katibi bildirib ki, gələn ilin yanvar ayında Suriyaya yardım üçün komfrans keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar