BMT baş katibi Rusiyada üç günlük səfərdədir
22 Aprel 2011 Cümə 14:51
Səfər çərçivəsində beynəlxalq təhlükəsizlik, iqtisadi əməkdaşlıq və terrorçuluqla mübarizə məsələləri müzakirə olunur
Rusiyada üç günlük səfərdə olan BMT baş katibi Pan Ki Mun xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Görüşdə beynəlxalq təhlükəsizlik, iqtisadi əməkdaşlıq və terrorçuluqla mübarizə məsələləri müzakirə olunub. Sergey Lavrov Rusiyanın beynəlxalq məsələlərdə BMT -nin aparıcı rolunu dəstəklədiyini bildirib.
Öz növbəsində Pan Ki Mun dünyada hazırda bir sıra hadisələrin cərəyan etdiyi vaxtda Rusiyaya səfərini həlledici adlandırıb. O, Yaxın Şərq və Şimali Afrika ölkələrində azadlıq və demokratiya uğrunda hərəkatları, Liviyada yaranmış ciddi və mürəkkəb vəziyyəti xüsusi vurğulayıb. BMT baş katibi beynəlxalq aləmdə sabitliyin bərqərarında Rusiya rəhbərliyinin səylərini yüksək qiymətləndirib.
DOSTLARINLA PAYLAŞ: