BMT baş katibi Pan Ki Mun narahatdır
23 Avqust 2013 Cümə 13:17
Pan Ki Mun baş katib Suriyada kimyəvi silahdan istifadə olunması iddiasından möhkəm narahatdır.
BMT-nin baş katibi Pan Ki Mun rəsmi Dəməşqdən Suriyada araşdırmalar aparmaq üçün icazə verilməsini xahiş edib. ANS PERSS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu haqda xəbər BMT-nn rəsmi saytında yerləşdirilib. Baş katibin sözçüsü cümə axşamı Nyu-Yorkda jurnalistlərə açıqlamasında qeyd edib ki, Pan Ki Mun insidentin gecikmədən araşdırılacağına inanır. Məlumatda bildirilir ki, BMT rəhbəri Suriyada kimyəvi silahdan istifadə olunması iddiasından narahatdır. Bununla bağlı Dəməşqə beynəlxalq müşahidəçilərin göndərilməsini vacib sayır.

İsveçli ekspert Eyk Selsstornun başçılıq etdiyi nümayəndə heyəti, bununla bağlı Suriyada kimyəvi silahdan istifadə edildiyi 3 bölgədə monitorinqə başlayacaq. Bu ərazilərdən biri şimal əyalətlərinə daxil olan Xan-əl-Əssal şəhəridir. Suriya müxalifəti isə hökuməti çərşənbə günü zəhərli qazlardan sitifadə etməkdə və bunun nəticəsində xeyli sayda insanın həlak olmasında günahlandırır.

Rəsmi Dəməşq isə bu iddiaları əsassız adlandıraraq təkzib edib.

Xatırladaq ki, Suriyada 2011-ci ilin mart ayında başlanan etirazları vətəndaş müharibəsinə çevrilməkdə davam edir. BMT-nin məlumatlarına görə, münaqişənin başlandığı vaxtdan bu yana Suriyada gedən döyüşlər nəticəsində 100 mindən çox adam öldürülüb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar