BMT baş katibi İran parlamentinin sədri ilə görüşüb
29 Avqust 2012 Çərşənbə 18:51
Hazırda Tehranda olan BMT baş katibi Pan Gi Mun İran parlamentinin sədri Əli Laricani ilə görüşüb.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, 30 dəqiqəlik söhbət zamanı iki tərəfi də maraqlandıran bir sıra məsələlər müzakirə edilib.

Görüşdə İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Burucerdi, İctimai məsələlər üzrə komissiyanın sədri Əbdülrza Əzizi, xarici işlər nazirinin müavini Həsən Qaşqavi də iştirak edib.

Səfərdən razılığını bildirən P. G. Mun deyib ki, İran Yaxın Şərqin güclü ölkələrdən biri olaraq regional böhranların həllində vasitəçilik edə bilər: “İrana daha öncəki səfərimdə də yüksək vəzifəli şəxslərlə səmərəli müzakirələrim olub”.

Baş katib Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI zirvə toplantısının Tehranda yüksək səviyyədə təşkilindən məmnun olduğunu söyləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar