BMT baş katibi Azərbaycan və Ermənistana səsləndi
30 Noyabr 2010 Çərşənbə Axşamı 22:05
Pan Gi Mun tərəfləri qoşunların təmas xəttindən snayperləri geri çəkməyə çağırıb
BMT-nin baş katibi Pan Gi Mun bir daha Azərbaycan və Ermənistana müraciət edərək onları təmas xəttindən snayperlərini geri çəkməyə çağırıb. Onun fikrincə, snayperlərin bölgədən çıxarılması təkcə münaqişə tərəflərinə deyil, sülh danışıqlarını təşkil edən qruplara da yardım edərdi.
"Azadlıq" radiosunun Qazaxıstan bürosunun “BMT Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnamənin icrası üçün nə edə bilər?” sualına cavabında Pan Gi Munun cavabı bu cür olub: “Mən ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına köməyimi davam etdirəcəm. Ümid edirəm ki, tərəflər bütün mübahisəli məsələlərin danışıqlar masası arxasında müzakirəsini davam etdirəcəklər. Son danışıqlarda müəyyən irəliləyişlər əldə edilib. Yenə də ümid edirəm ki, Azərbaycan və Ermənistan münaqişənin həllinə dair baza prinsiplərini mümkün qədər tez razılaşdıracaqlar”.
DOSTLARINLA PAYLAŞ: