BMT Baş Assambleyasının 64-cü sessiyası öz işinə başlayıb
16 Sentyabr 2009 Çərşənbə 01:15
İlkin siyahıya görə, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də BMT tribunasından dünya ictimaiyyətinə müraciət etməlidir
Nyu-Yorkda BMT Baş Assambleyasının 64-cü sessiyası öz işinə başlayıb. BMT Baş Assambleyası çərçivəsində GUAM-ın üzvü olan ölkələrin XİN rəhbərlərinin növbəti iclasının, “GUAM+ABŞ”,“GUAM+Yaponiya” və “GUAM+Polşa” formatında görüşlərin keçiriləcəyi gözlənilir. Bundan başqa, Baş Assambleyanın sessiyasının gündəliyinə GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı məsələlər daxil edilib. Bu məsələlər BMT Baş Assambleyasının 63-cü sessiyasının gündəliyinə daxil edilsə də, sonradan növbəti sessiyada müzakirəsi barədə qərar qəbul olunub.
Sessiyanın ən vacib hissəsi dövlət və hökumət başçıları, eləcə də xarici işlər nazirlərinin iştirakı ilə ümumi siyasi diskussiyalar olacaq. Diskussiyalar sentyabrın 23-də başlayacan və 30-dək davam edəcək. Bu il BMT-nin mənzil-qərargahına rekord sayda dövlət başçısı gələcək. Lakin onların dəqiq sayı və siyahısı hələlik məlum deyil. İlkin məlumatlara görə, dövlət başçılarının sayı təxminən 100 nəfər olmalıdır.
Ümumi siyasi debatlarda ABŞ prezidenti Barak Obamanın dünya ictimaiyyətinə müraciəti gözlənilir. Çoxları onunla eyni gündə çıxış edəcək İran prezidenti Mahmud Əhmədinejatla qiyabi mübahisəsinin olacağını proqnozlaşdırırlar. Liviya lideri Müəmmər Qəddafinin də çıxışından sürprizlər gözləyənlər var. Sentyabrın əvvəllərində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Rays onu Birləşmiş Ştatların ünvanına hücumlardan çəkinməyə çağırmışdı.
BMT-nin ilkin siyahısına görə, sentyabrın 23-də sessiyada 10-dan artıq prezidentin, o cümlədən, Fransa prezidenti Nikola Sarkozi və Azərbaycanın dövlət başçısı İlham Əliyevin çıxışı gözlənilir. Rusiya prezidenti Dmitri Medvedev də həmin gün BMT tribunasında debüt etməlidir.
Digər postsovet ölkələrinin prezidentləri isə sonrakı günlərdə tribunada görünəcəklər: sentyabrın 24-də Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov, Litvanın dövlət başçısı Dalya Qribauskayte, Ukrayna prezidenti Viktor Yuuenko və Gürcüstan lideri Mixail Saakaşvili, sentyabrın 25-də isə Estoniya prezidenti Toomas Hendrik i Moldovanın eks-prezidenti Vladimir Voronin çıxış etməlidir.
Çıxışların ardıcıllığında dəyişikliklər mümkündür. BMT tribunasından dünya ictimaiyyətinə müraciət edəcəklər natiqlər üçün müəyyən edilmiş qayda var-çıxışlar 15 dəqiqədən uzun çəkməməlidir. Bu məhdudiyyət rəsmi şəkildə qoyulmayıb. Lakin nümayəndə heyətlərinin nəzərinə belə tövsiyyə çatdırılıb. Çünki uzun çəkən çıxışlar üzündən tez-tez Baş Assambleyanın sessiyalarının gündəliyində dəyişiklik edilməli olur.





DOSTLARINLA PAYLAŞ:

oyunlar