Biz Türkiyədən üzr istəmək niyyətində deyilik
28 Dekabr 2010 Çərşənbə Axşamı 11:50
İsrail baş naziri “Mavi Mərmərə” hadisəsi ilə bağlı təəssüf hisslərini açıqlaya biləcəklərini bildirib
İsrail rəsmi Ankaranın israrlı tələblərindən sonra “Mavi Mərmərə” gəmisində ölənlərlə bağlı təəssüf hissi keçirdiklərini açıqlamağa hazır olduğunu bəyan edib. İsrailin televiziya kanallarından birinə müsahibəsində baş nazir Benyamin Netanyahu deyib ki, bu, üzr istəmək anlamına gəlməyəcək.

“Türkiyə bizim üzr istəməyimizi tələb edir, təbii ki, biz üzr istəmək niyyətində deyilik. Biz ölənlərə görə üzüntümüzü dilə gətirməyə hazırıq. İlk olaraq bunu fikirləşirik. Bizim üçün ən önəmli əsgərlərimiz və komandirlərimizdir. Türklər əsgərlərimizin özlərini qorumaq üçün hərəkət etdiklərini qəbul etməlidirlər”, - deyə Netanyahu belə deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Əhmət Davudoğlu ölkəsinin İsraillə güclü əlaqələrə malik olmasında maraqlı olduğunu, lakin bundan ötrü ilk növbədə rəsmi Təl-Əvivin bu ilin may ayında Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə etdiyi hücuma görə Ankaradan üzr istəyərək kompensasiya verməli olduğunu bildirmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar