"Biz bütün regionda sülh və dinclik üçün cəhdlər göstəririk"
17 Avqust 2011 Çərşənbə 10:09
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bunu bəyan edib
Suriyaya xaricdən bir müdaxilənin olmasını istəmirik, ancaq eyni zamanda mübarək Ramazan ayında dinc sakinlərə qarşı əməliyyatların keçirilməsini də qətiyyən qəbul etmirik, etməyəcəyik və dayandırılması üçün hər cür tədbir görməkdə də qətiyyətliyik. Türkiyənin xarici iişlər naziri Əhməd Davudoğlu bunu bəyan edib.

İraqda yaşanan acıların Suriyada da təkrarlanmasını istəmədiklərini vurğulayan Əhməd Davudoğlu Suriya məsələsində görülməli mühüm işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. O, gecə-gündüz çalışaraq Suriyanı daxili qarşıdurmaların və zülmün artdığı bir ölkə olmaqdan qurtarmaq üçün hər cür dəstəyi göstərəcəklərini, lazımi xəbərdarlıqları etdiklərini və bundan sonra da edəcəklərini deyib. «Biz bütün bunları ürəkdən hiss edirik və o səbəbdən gecəni gündüzə qataraq hər cür cəhdlərdən istifadə edərək Suriya başda olmaqla, bütün qonşu ölkələrdə, regionda sülh və dinclik, tarixdə olduğu kimi parçalanmadan yaşamaq üçün cəhdlər göstəririk.» - Əhməd Davudoğlu bunu qeyd edib. O, məsələni BMT baş katibi Ban Ki-munla da müzakirə etdiyini və bu tarixi məsuliyyəti dərk etdiklərini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar