Biz buna əməl etmək məcburiyyətində idik
25 Noyabr 2010 Cümə Axşamı 17:45
Argentinalı diplomat "erməni soyqırımı" ilə bağlı ölkəsində verilən qərarı şərh edib
Qondarma "erməni soyqırımı"nı ilk tanıyan dövlətlərdən biri olan Argentinanın xarici işlər nazirinin müavini Alberto Pedro D`Alotto Bakıda səfərdədir. Argentinalı diplomat ölkəsinin qondarma soyqırım məsələsi ilə bağlı tutduğu mövqe ilə bağlı ANS-in sualını cavablandırıb. O bildirib ki, bu məsələ 2006-cı ildə Argentina Konqresinin tərtib etdiyi və qəbul etdiyi qanun layihəsi ilə tənzimlənir. Bu qanun layihəsinin də xalqın müəyyən hissəsinin fikrini əks etdirən məqam olduğunu vurğulayan Argentina rəsmisi suala cavabında söyləyib ki, bu qətnaməyə xalq səs verib. "Biz də buna əməl etmək məcburiyyətində idik", - deyə o vurğulayıb.

Dağlıq Qarabağ məsələsinə gəldikdə isə Alberto Pedro D'Alotto bildirib ki, Argentina hökuməti ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir, problemin sülh yolu və hər iki tərəfi qane edəcək şərtlər çərçivəsində həllinin tərəfdarıdır. "Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq hüququn normaları çərçivəsində BMT-nin qətnamələri çərçivəsində danışıqlar yolu ilə həll olunmalıdır”,- deyə o vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar