Biz 4700 nəfəri öldürmüşük
22 Fevral 2013 Cümə 09:53
ABŞ senatoru pilotsuz təyyarə zərbələrinin ümumi qurban sayını açıqlayıb.
Amerikanın respublikaçı senatoru Lindsi Qrem İsli şəhərində yerləşən bir klubda qalmaqallı çıxış edib. Yaxın Şərqdə terrorla mübarizədə pilotsuz təyyarələrdən istifadənin müdafiəsinə qalxan senator, bu silahla qətlə yetirilmiş insanların ümumi sayına toxunub. Habelə indiyənə kimi, pilotsuz təyyarələrdən istifadə olunduğu 8 il ərzində, rəsmi itkilər barədə hökümət səviyyəsində heç bir məlumat verilməmişdi.
“Biz dörd min yeddi yüz nəfəri qətlə yetirmişik. Bəli, bəzən zərbələr nəticəsində məsum insanlar həlak olur, mən buna nifrət edirəm, ancaq bununla belə müharibə elə müharibədi. Pilotsuz təyyarələrlə biz bir çox ali "Əl-Qaidə" üzvlərini aradan götürmüşük”.

Qeyd edək ki, Lindsi Qem, ölkəsində orduda pilotsuz təyyarədən istifadənin ən qatı tərəfdarlarından biri kimi tanınır. Bu hava kəşfiyyat və hücum vasitəsindən Pakistanda istifadəyə gəlincə, senator bunu onunla doğruldur ki, adı çəkilən ölkədə ABŞ-ın hərbi kontingenti mövcud deyil və döyüşçülərin təqibini başqa vasitə ilə aparmaq olmur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar