Bişkekdə ölənlərin sayı 47-yə çatıb
07 Aprel 2010 Çərşənbə 23:40
Polislə toqquşmalarda 300-dən çox insan yaralanıb.
Qırğızıstanda müxalifət nümayəndələri ilə polis arasında baş vermiş toqquşmalarda ölənlərin sayı 47-yə çatıb. Qırğızıstan Səhiyyə Nazirlinin Məhkəmə tibbi-ekspertizası bürosunun direktoru Tabaldı Matısakovgun sözlərinə görə, həlak olanların sayı daha çoxdur və onların cəsədləri şəhər morquna gətirilir.
“Kabar” Qırğızıstan milli informasiya agentliyinin yaydığı məlumata görə, yaralıların sayı 300 nəfərə qədərdir. Yaralılar əsasən odlu silahlardan açılan atəşdən xəsarət alıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: