Bişkekdə Heydər Əliyev parkı salınacaq
10 Fevral 2012 Cümə 21:07
Parkın salınması üçün Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondununa 5,5 ha torpaq sahəsi ayrılıb.
Bişkek şəhərinin meri İsa Omurkulovun sərəncamına əsasən, paytaxtın ən mənzərəli yerində Heydər Əliyev parkının salınması üçün Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondununa 5,5 hektar torpaq sahəsi ayrılıb. Bu barədə məlumatı Fondun sədri Nüsrət Məmmədov verib. Onun sözlərinə görə, park ən müasir tələblərə cavab verəcək. Burada nadir ağaclar əkiləcək, parkın mərkəzində isə Heydər Əliyevin abidəsi ucaldılacaq. Parkın ərazisində Zərifə Əliyeva adına Türkdilli Xalqların Mədəniyyət Mərkəzinin tikilməsi də nəzərdə tutulub.

N.Məmmədov qeyd edib ki, Fond parkın salınması və abadlaşdırılması üçün Azərbaycan və Qırğızıstan memarları arasında müsabiqə elan etməyi planlaşdırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar