Bişkek Moskvadan əlavə qüvvə istəyib
12 İyun 2010 Şənbə 15:25
Bişkek Moskvadan əlavə qüvvə istəyib. Müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva Rusiyaya müraciət edib.
Qırğızıstanın müvəqqəti hökuməti Oşda etnik münaqişə zonasına “Üçüncü qüvvə”nin yeridilməsi xahişi ilə Rusiya rəhbərliyinə müraciət edib. Müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva bunu bildirib.
“İnterfaks” agentliynin yaydığı xəbərə görə, hələ ötən axşam Qırğızıstan tərəfinin təşəbbüsü ilə Roza Otunbayeva ilə Rusiyanın baş naziri Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığında Vladimir Putin və Roza Otunbayeva Oş vilayətində yaranmış vəziyyəti müzakirə edib. Roza Otunbayeva bildirib ki, ötən axşamdan vəziyyət gərginləşib, vəziyyəti nizamlamaq üçün digər hərbi qüvvələrin yerdilməsi lazımdır. Qırğızıstan müvəqqəti hökmətinin başçısı Rusiya rəhbərliyinə müvafiq məktub göndərdiyini deyib. Qırğızıstanın bütün iri qeyri-hökumət təşkilatlarının da müvvəqəti hökumətin sülhün bərqərar olunması üzrə bütün kömək formalarının göstərilməsi xahişi ilə beynəlxalq ictimaiyyətə müraciətini dəstəklədikləri qeyd olunur. Məlum olduğu kimi, Qırğızıstanda vəziyyət yenə də gərgin olaraq qalır.
Oş vilayətindəki qarşıdurma nəticəsində ölənlərin sayının durmadan artdığı bildirilir. Amma ən qəribəsi odur ki, qarşıdurma nəticəsində ölən və yaralananların sayının artması barədə xəbərldər yayılsa da , onların bir kadrı olsun belə göstərilmir. Qırğızıstanın Oş vilayətindəki gərginliyin hökm sürməsi, eləcə də ölənlərin sayının artması barədə yalnız Rusiya informasiya vasitələri geniş xəbər verir.
Qırğızıstanın cənubundakı Oş vilayətində ötən gün baş vermiş qarışıqlıqlar zamanı 51 nəfər ölüb, 663 nəfər yaralanıb. Onlardan 184 nəfər ambulator yardım alıb. 429 nəfər isə Oş vilayətinin stasionar səhiyyə təşkilatlarına yerləşdirilib. Qırğızıstan Səhiyyə Nazirliyinin Oş vilayətindəki operativ qərargahından bu barədə məlumat verilib. Vilayətin bütün müalicə-profilaktik müəsissələri yaralılara yardım göstərilməsinə cəlb olunub. Xəstəxana rəhbərləri hazırda təkcə yaralıların müayinəsi deyil, eləcə də onların qida təminatının təşkilinə də narahatlıq ifadə edib. Belə ki, Oşda bütün bazar və mağazalar bağlıdır. Bankomatlar işləmir. Yerli telekanalların yayımı dayandırılıb. Oş şəhərində iyunun 11-nə keçən gecə yerli özbək və qırğızlar arasında etnik zəmində baş vermiş qanlı toquşmalardan sonra hələ də yanğınlar törədilir və gərginlik davam edir. Mağaza və bazarlar qarət edilib. “Akipress” agentliyi xəbər verir ki, bütün gecə atəş səsləri eşidilib, Çeremuşki və Kalinina mikrorayonlarında evlər və mağazalar yandırılıb, şəhərin bir çox rayonlarında elektrik enerjisi və qaz təminatı kəsilib. Aravan rayonunda isə Daxili İşlər İdarəsinə hücum olub. Oş şəhərinin müxtəlif rayonlarda odlu silaha malik və əllərində dəmir dəyənəklər olan bir qrup insan evlər və sosial obyektlərə hücumlar edir.
Keçmiş avtovağzalın yerləşdiyi Şeyit Dobo rayonu və On-adırda vəziyyət gərgin olaraq qalır. Burada da toqquşmaların baş verdiyi bildirilir. Şeyit Doboya göndərilən milis dəstəsi isə atəşə tutulub. Bir milis əməkdaşının öldürüldüyü xəbər erilir. Kara Suysk rayonunda bütün mağazalar dağıdılıb. Ötən gecə Oşda iki təcili yardım maşınının da yararsız hala salındığı, həkimlərin isə döyüldüyü bildirilir. Verilən məlumata görə, Oş aeroportunda səhər reysləri cədvəl üzrə həyata keçirilib. Ancaq aeroportdan Oş şəhərinə nəqliyyatın hərəkətində çətinlik yaranıb. İnsanların aeroportda ləngiməsi ilə bağlı bir çox hallar qeydə alınıb. Oş -Cəlilabad yolu da bağlanıb. Güc strukturlarının başçısı Azimbek Beknazarov keçmiş müdafiə və milis zabitlərindən könüllüləri Oşda vəziyyətin sabitləşməsində köməklik etməyə çağırıb. Azimbek Beknazarov vəziyyətin sabitləşdirilməsi üçün ölkənin cənubunda yerləşdirilmiş milis əməkdaşları və hərbçilərin qüvvəsi artıq tükənib və əlavə kömək olmasa, yaxın iki gündə qüvvə çatışmazlığı ilə üzləşəcəklər, çünki bü cür stresli vəziyyətdə onların artıq fiziki gücü çatmır.
O, bu gün oşdan Bişkekə 300 könüllüdən ibarət ilk qrupun gələcəyini deyib. Qırğızıstan kütləvi informasiya vasitələri qarşıdurma yaradanların və sakinlərin evlərinə hücumlar edən insanların mililyəti barədə məlumat vermir. Eyni zamanda “Fərqanə.ru” saytı xəbər verir ki, ölən və yaralıların çoxu etnik özbəklər və dinc sakinlərdir. Ötən gecə mindən çox qırğız paytaxt Bişkekin mərkəzinə toplaşaraq Oşa getmək üçün onlara nəqliyyat vasitələri ayrılmasını tələb ediblər. Onların sakitləşdirilməsinə xalq drujinaları və milis əməkdaşları cəlb olunub. Milis əməkdaşları mitinqçiləri ərazidən çıxararaq özbəklərin kompakt şəkildə yaşadığı rayon ərazisinə keçməsinə imkan verməyiblər. Bu səhərdən Bişkekin küçələrində milis nəzarət daha da gücləndirilib.
Özbəkistan tərəfi isə Qırğızıstanla sərhəddi bağlayıb. Bu barədə məlumat verən Qırğızıstanın Dövlət Sərhəd Xidməti Qazaxstan və Çinlə sərhəddin hələlik açıq olduğunu açıqlayıb. “İnterfaks” agentliyi xəbər verir ki, Qırğızıstan sərhədçiləri respublika ərazisindəki özbək Anklavı istiqamətində tranzit dəhlizindən istifadə edən Özbəkistan vətəndaşlarının sərhədi keçməsini məhdudlaşdırmaq və ya müvəqqəəti bağlamaqla bağlı özbək həmkarlarına müraciət ediblər.
ABŞ dövlət katibinin müavini Filip Krouli Qırğızıstanda baş verən son hadisələrin Vaşinqtonun narahatlığına səbəb olduğunu bildirib. Filip Krouli qeyd edib ki, Barak Obama administrasiyası Qırğızıstan rəhbərliyi ilə əlaqə saxlayır və baş verənləri diqqətlə izləyir, eyni zamanda “Manas”dakı tranzit mərkəzi ilə bağlı danışıqları da davam etdirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: