Birləşmiş Ştatlar Pxenyana xəbərdarlıq etdi
04 İyul 2009 Şənbə 20:15
Obama administrasiyası Şimali Koreyanın davranışlarını qeyri-konstruktiv kimi dəyərləndirib

 

Birləşmiş Ştatlar Şimali Koreyanın raket sınaqlarından sonra Pxenyanı gərginlik yaratmamağa çağırıb və kim Şen İr rejiminə xəbərdarlıq edib. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi deyib.

"Koreya Xalq Demokratik Respublikasının davranışları qeyri-konstruktivdir", - deyə amerikalı diplomat vurğulayıb.

Xatırladaq ki, Şimali Koreya şənbə günü Cənubi Koreya şəhərlərini vurmaq iqtidarında olan yeddi yaxın məsafəli raketi sınaqdan keçirib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar