Birləşmiş Ərəb Əmirlikləri ərzaq məhsullarının bahalaşmasına qadağa qoyub
29 İyun 2014 Bazar 18:15
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında ərzaq mallarına qiymətlərin artırılmasına qadağa qoyub.
ANS PRESS-in məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri BƏƏ-nin iqtisadiyyat nazirliyinin bəyanatına əsasən, hətta ərzaq mallarının topdan və pərakəndə satışı zamanı ən cüzi qiymət artımı yalnız hakimiyyətin razılığı ilə həyata keçirilməlidir.
Ramazan ərzində ticarət obyektlərində yoxlamalar aparılacaq.
DOSTLARINLA PAYLAŞ: