Birjalarda bu gün
26 May 2011 Cümə Axşamı 05:50
Dünya səhm, neft və qiymətli metal bazarında bahalaşma davam edir
Dünyanın fond bazarlarında aparıcı şirkətlərin səhmləri bahalaşıb. Amerikada yüksək texnologiya şirkətlərinin nasdaq indeksi 0,55 faiz artıb. Dou-cons sənaye indeksində 0,33 faizlik bahalaşma qeydə alınıb. Avropanın fond bazarlarında isə indekslər 0,5 faizə qədər bahalaşıb.
Dünya bazarında neftin qiyməti artıb. İndi London birjasında “Brent” neftinin bareli 114 dollar 88 sentədir. Nyu-York birjasında satılan “Texas” neftinin qiyməti isə 101 dollar 13 sentə qalxıb. “Azərilayt” markalı Azərbaycan nefti isə sonuncu hərraclarda 113 dollar 64 sentə satılıb.
Maliyyə bazarlarında avronun məzənnəsi 1 dollar 40 sentə düşüb. Azərbaycanda avronun rəsmi məzənnəsi 1 manat 11 qəpiyə düşüb. Dolların kursu 79 qəpikdən aşağıdır. Rublun kursu 2,7 qəpikdir.
Qiymətli metallar bazarına gəlincə, qızıl yenidən bahalaşb. İndi qiymətli metalın unsiyası 1526 dollara, başqa sözlə, qramı 48 dollar 75 sentədir. Birjalarda taxıl bahalaşıb. Son məlumatlara görə, ərzaq buğdasının buşeli 9 dollar 28 sentə, başqa sözlə, kiloqramı 34,1 sentədir.
DOSTLARINLA PAYLAŞ: