Birinci xanım işdən qovuldu
08 Noyabr 2012 Cümə Axşamı 05:18
Fransız birinci xanımın iş müqaviləsinin vaxtı bitmək üzrədir.
Fransa prezidenti Fransua Hollandın həyat yoldaşı və ölkənin birinci xanımı Valeri Trierveyler uzun müddətdir jurnalist kimi fəaliyyət göstərdiyi həftəlik “Paris Match” jurnalından qovulub. “Doğan” agentliyinin (DHA) məlumatına görə, jurnalın sahibi milyonçu biznesmen Arnaud Laqardere 47 yaşlı birinci xanımın müqaviləsinin bu ilin sonunda başa çatacağını deyib.

Fransız jurnalist Jaklin Reminin birinci xanımla birlikdə işləmənin jurnal üçün Yelisey sarayından yaxşı xeber mənbəyi ola biləcəyi fikrinə isə Laqardere kəskin etiraz edib. “Məni ələ salırsan? O bizə indiyə qədər problemdən başqa heç nə verməyib. O fitili çəkilmiş bomba kimidir”.

Arnaud Laqardere bir neçə həftə əvvəl xanım Trierveylerin jurnalın üz qabığına izn almadan öz şəklini çap etdirdiyini də qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar