Bir neçə saat sonra Kim Çen İrlə dəfn mərasimi başlayacaq
28 Dekabr 2011 Çərşənbə 01:06
Şimali Koreya KİV-i onun ölümündən sonrakı fövqəltəbii hadisələr barədə məlumat verir.
Yaxın saatlarda Şimali Koreya lideri Kim Çen İrlə vida mərasimi başlayacaq.
Qeyd edək ki, Şimali Koreya KİV-i Kim Çen İrin vəfatı xəbərini dekabrın 19-da - onun ölümündən iki sonra yaymışdılar. Son bir neçə gün ərzində isə Koreya mətbuatı onun ölümündən sonrakı fövqəltəbii hadisələr barədə məlumat verir. Məsələn, “Rodong Shinmun” qəzeti yazır ki, “təbiət də Şimali Koreya liderinə yas tutur”. Pxenyan radiosu isə xəbər verib ki, insanlar ağ quşun liderin abidəsinin üstündəki qarı təmizlədiyini görüblər.
Kim Çen İr Şimali Koreyaya atasının ölümündən sonra - 1994-cü ildən rəhbərlik edirdi.
DOSTLARINLA PAYLAŞ: