Bir həftədə Əfqanıstanda 200-ə yaxın adam ölüb
29 Sentyabr 2011 Cümə Axşamı 00:28
2011-ci ilin 9 ayı ərzində bu ölkədə zorakılıq halları 39 faiz artıb.
Əfqanstanda son yeddi gün ərzində 191 nəfər ölüb. Bunu Kabildə keçirdiyi mətbuat konfransında Əfqanıstanın Daxili İşlər Nazirliyinin mətbuat katibi deyib. Onun sözlərinə görə, ölənlərdən 122-si qiyamçı, 35-i dinc sakin, 34-ü isə polis əməkdaşıdır. Ənənəvi olaraq, DİN Əfqanıstan ordusundakı itkiləri açıqlamır.
DİN rəsmisi bildirib ki, silahlı hücumlar, əldəqayırma partlayıcı qurğuların partlaması və terror aktları nəticəsində 66 dinc sakin və 44 polis əməkdaşı yaralanıb.
BMT-nin Əfqanıstana yardım üzrə missiyasının son hesabatında yer alan ekspert məlumatlarına görə, 2011-ci ilin 9 ayı ərzində bir il əvvəllə müqşayisədə zorakılıq halları 39 faiz artıb. Bundan başqa, BMT ekspertləri hesab edirlər ki, bu il görkəmli əfqan siyasətçi və məmurlarının qətlləri ölkədəki siyasi sistemdəki sabitliklə bağlı narahatlıq doğurur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: