Bir gündə 42 nəfər öldürüldü
14 İyul 2013 Bazar 12:42
Silahlı muxaliflərlə ordu qüvvələri arasında qarşıdurmalar davam edir.
Suriyada rejimə bağlı ordu qüvvələri hakimiyyətin əleyhinə olanlara qarşı hücumlara davam edir. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Suriya İnsan Haqqları Təşkilatı (SNHR) müxaliflərə havadan və qurudan edilən hücumlar nəticəsində 42 nəfərin öldüyünü açıqlayıb.
Dəməşqdə 28, Derada 5, İdlib və Hələbdə 3, Humusda 2 və Deyruzda 1 nəfər qətlə yetirilib.
Şəhərin Yermuk, Kabuk və Mudamiyət əl Şam bölgələrində silahlı muxaliflərlə ordu qüvvələri arasında qarşıdurmaların yaşandığı bildirilib.
DOSTLARINLA PAYLAŞ: