Bir gün xidmət edən əsgər intihar etdi
01 Dekabr 2010 Çərşənbə 12:25
Hərbi qulluqçu özünü pəncərədən atıb
Ermənistan ordusunda daha bir intihar faktı qeydə alınıb. Ermənistanın “Jamanak” qəzetinin yaydığı məlumata görə, fakt Lusakert yaxınlığında yerləşən hərbi hissələrdən birində qeydə alınıb.

Hərbi qulluqçu Ermənistan ordusunda cəmi bir gün xidmət etdikdən sonra özünü pəncərədən atıb. İntihardan əvvəl onun Ermənistan ordusunda xidmət etmək istəmədiyi deyilir.

Ermənistan Müdafiə Nazirliyi mətbuat katibi David Karapetyan isə “Armenia Today”a bu faktı nə təsdiq, nə də təkzib edib. O, bununla bağlı mətbuat üçün xüsusi açıqlama yayılacağını bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar