Bir əsrdə 66 dəfə baş verən hadisə qeydə alınıb
15 Yanvar 2010 Cümə 21:40
Günəş tutulmasını müşahidə edən sakinlər bunu möcüzə adlandırıb
Afrikanın bir çox ərazilərində başlayan, yeni minilliyin hələlik ən uzun halqaşəkilli Günəş tutulması hadisəsi bəzi Asiya ölkələrində də müşahidə olunub. Keniyanın paytaxtı Nayrobidə rəngli şüşələrlə Günəş tutulmasını müşahidə edən sakinlər bunu möcüzə adlandırıb.

Hindistanın cənubundakı Kerala ştatının Varkala şəhərinin sakinləri də, bu təbiət hadisəsini müşahidə etməyə toplaşıb. Bu proses 11 dəqiqə 8 saniyə davam edib. Halqaşəkilli Günəş tutulması Hindistanla yanaşı, Maldiv adaları, Banqladeş, Myanma və Çində də müşahidə edilib.

Astronomlar halqaşəkilli Günəş tutulmasının bir əsrdə 66 dəfə baş verdiyini deyir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar