Bir əlində tabut, bir əlində telefon
06 Avqust 2012 Bazar Ertəsi 05:31
Cənazə işləri idarəsinin əməkdaşı çiynində tabut yas evini axtardı.
Türkiyənin İzmir şəhərində qəribə bir hadisə baş verib. “İhlas” (İHA) agentliyinin məlumatına görə, yas evini axtaran bələdiyyə əməkdaşı böyük çətinliklə üzləşib. Bir əli ilə çiynindəki tabutu saxlayan şəxs, digər əlindəki telefonla danışaraq ünvanı tapmağa çalışır. Çiynində tabut sağa-sola gedən İzmir bələdiyyəsi cənazə işləri idarəsinin əməkdaşı polislərin də yardımı ilə axztardığı ünvanı taparaq dərindən nəfəs alır.
DOSTLARINLA PAYLAŞ: