Bir cütlük və 30 toy
08 İyun 2011 Çərşənbə 16:49
Bir cütlük və 30 toy. İngilis cütlükdən qeyri-adi addım.
Britaniyalı cütlük 30 dəfə evlənməyə qərar verib. Aleks Pellinq və Liza Qrant özləri üçün müxtəlif formada olan onlarla toy keçirəcəklər. Toylar dünyanın müxtəlif ölkələrində təşkil ediləcək. Mərasimlərdə həmin ölkələrin adət-ənənəsinə uyğun olacaq.
Müxtəlif adətlərə uyğun toy etmək üçün cütlük şəxsi biznesi də satmaqdan çəkinməyib.
Cütlük öz ideyalarını 2 il ərzində həyata keçirməyə çalışacaq. Bu müddət ərzində onlar Çin, Cənubi Afrika, Mərakeş, Kanada və s. ölkələrdə olacaq.
Sonda Pellinq və Qrant ən çox xoşlarına gələn ölkəyə bir daha qayıdaraq orada ikinci dəfə toy edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: