Bin Ladinin öldürülmesi yalandır!
30 Sentyabr 2013 Bazar Ertəsi 05:10
Amerikalı tanınmış jurnalist Barak Obamanın sistemli şəkildə yalan informasiya yaydığını deyib.
Amerikalı tanınmış jurnalist – yazarı, “Pulitzer” mükafatı laureatı Seymur Herş (Seymour Hersh) qalmaqallı iddialarla çıxış edib. Amerikanın milli təhlükəsizliyi barədə kitab yazan Herş əsərində “Əl Qaidə” lideri Üsamə bin Ladinin ölümü ilə nəticələnən əməliyyata da yer ayırıb. Yazar bin Ladinin ölməsi barədə iddiaların böyük bir yalan olduğunu qeyd edib.

“Bu əməliyyat barədə irəli sürülən iddiaların bir kəlməsi də doğru deyil. Bu əməliyyat barədə jurnalistika adına heç bir addım atılmayıb. “New York Times” dayanmadan Obamanın dəyirmanına su daşıyıb”.

Amerika mətbuatının acınacaqlı vəziyyətdə olduğunu deyən Herş heç bir jurnalistin Obama ilə üzləşməyə cəsarəti olmadığını vurğulayıb. Yazar, Obamanın Amerikada araşdırmaçı jurnalistikanı öldürdüyünü qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar