Bin Ladini yaşlı arvadı satıb
10 Mart 2012 Şənbə 05:21
Ladinin yəmənli olan gənc Əmələ meyl etməsi qoca Saberi qısqandırıb
Keçən il Pakistanda gizləndiyi evdə ABŞ xüsusi xidmət ordanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində ölən terrorçu Üsamə bin Ladinə həyat yoldaşı xəyanət edibmiş. Əməliyyatdan sonra bin Ladinin yaşadığı evdən çıxan sənədlər üzərində iş aparan Şukat Qədir əməliyyatdan bir neçə ay əvvəl Ladinin arvadlarından olan Kehire Saberin evdən ayrıldığını, bu səbəblə də evdə söz-söhbət yarandığını bildirib.
Qeyd edək ki, analoji əməliyyatdan sonra Ladinin yəmənli arvadı Əməl əs Sabah yaralı olaraq saxlanılmışdı. Əməl verdiyi ifadədə Saberin birlikdə yaşadıqları evdən köçdüyünü, onlar bin Ladinlə birlikdə olduqları vaxtda Saberin yaxınlıqda olan olan başqa evdə yaşadığını deyib.
“Əl Qaidə” liderinin oğlu bu vaziyyətdən narahat olmuş, yaşlı olan Saberin evini dəyişdirməsi ilə atsına məruz qala biləcəyi xəyanətə qarşı xəbərdarlıq etmişdi. Məlumata görə, Xalid bin Üsamə Kehire Sabere ev dəyişdirməsinin səbəbbini soruşmuş, yaşlı qadın həll etməli işi olduğunu deyibmiş.
Pakistan kəşfiyyat idarəsinin istefda olan zabiti Şukat Qədir hesab edir ki, Üsamə bin Ladin həyatı ilə ödədiyi bu qısqanclıq qalmaqalında bitərəf olmağa üstünlük verib.
DOSTLARINLA PAYLAŞ: