Bin Ladeni öldürən hərbçi səfalət içərisindədir
13 Fevral 2013 Çərşənbə 05:06
İstefaya göndrərilən əsgər 20 ili başa çatmadığı üçün heç bir sosial haqdan istifadə edə bilmir.
Üsamə bin Ladeni Pakistandakı evində güllələyərək öldürən amerikalı xüsusi təyinatlı əsgər səfalət içində yaşayır. Məlumata görə, “SEAL” koandasının üzvü olan şəxs Amerikadakı jurnallardan birinə müsahibə verib. Müsahibə “Bin Ladenin son anları ilk ağızdan” sözləri ilə anons edilib, hərbçinin şəxsiyyəti isə gizli saxlanılıb.

Əməliyyatdan 2 il sonra evsiz və işsiz qalan, gələcəyə aid qayğıları olan hərbçinin həyatı faciəyə dönüb. 16 illik hərbi xidmətdən sonra istefaya göndriəilən əsgər 20 ili başa çatmadığı üçün heç bir sosial haqdan istifadə edə bilmir.

“Şahidlərin mühafizəsi” proqramına daxil olmaq istəyən hərbçinin bu tələbi də müsbət qarşılanmayıb. Artıq iaşəsini qarşılamaq istəyən hərbçi ifşa olunmaq təhlükəsinə baxmayaraq kitab və s. bu kimi yollarla pul qazanmağı planlaşdırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar