"Əl-Qaidə" beynəlxalq terror şəbəkəsinin lideri Üsamə bin Laden ABŞ prezidenti Barak Obamanın müsəlman dünyası ilə bağlı siyasətini kəskin şəkildə tənqid edib. ANS PRESS-in "Əl-Cəzirə" telekanalına istinadən yaydığı xəbərə görə, bin Laden videomüraciətində dünyada antiamerika əhval-ruhiyyəsinin artmasına görə məsuliyyətin ABŞ administrasiyasının üzərinə düşdüyünü bildirib. Onun sözlərinə görə, Obama müsəlmanlara qarşı münasibətdə sələfi Corc Buşun tutduğu yolla gedir və bunun nəticəsində ABŞ-a qarşıı nifrət artır.
"Bu nifrətin nəticələri Amerka xalqını alçaldacaq", - deyə "Əl-Qaidə" lideri bildirib.
"Bir nömrəlii terrorçu" Pakistan hökumətini də kəskin tənqid edib. Onun sözlərinə görə, bu ölkə ABŞ rəhbərliyinin dəstəyi ilə "Taliban" hərəkatına yardım göstərməkdə şübhəli bilinən Əfqanıstan sərhədinə yaxın ərazidə yaşayan əhali ilə mübarizə aparır. "Onlar (Pakistan rəhbərliyi) və onların ordusu öz bombardmanları ilə milyonlarla müsəlmanı evlərindəcə məhv ediblər", - deyə o bildirib. /ANS PRESS/