“Bin Laden” dünyanın ən hündür binasını tikəcək
03 Avqust 2011 Çərşənbə 11:05
1600 metr hündürlüyündə tikilməsi planlaşdırılan bina Ciddə şəhərindəyerləşəcək
Səudiyyə Ərəbistanı milyarderi şahzadə Əl Vəlid Bin Talal dünyanın ən uzun qülləsini inşa etdirmək fikrinə düşüb. ANS PRESS-in Türkiyə mətbuatına isttinadən verdiyi məlumata görə, Əl Vəlid Bin Talalın sahibi olduğu şirkət layihənin reallaşması üçün Səudiyyə Ərəbistanının digər şirkəti “Bin Ladin Group” ilə 1,2 milyard dollarlıq razılaşmaya imza atıb.

Şirkətdən verilən açıqlamaya görə, “Kingdom Tower” adlanacaq qüllə “Kral şəhəri” (Kingdom City) layihəsinin ilk mərhələsi olacaq. Dünyanın ən uzun qlləsi Qırmızı dəniz sahilində yerləşən Ciddə şəhərində inşa ediləcək. Qüllənin ərazisi isə 2 milyon kvadratmetri əhatə edəcək. Onun hündürlüyü isə 1600 metr olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar