Dünyada birinci dərəcəli terrorçu sayılan Üsəma bin Ladenin oğullarından biri olduqca maraqlı ideya ilə çıxış edib. Belə ki, Ömər bin Laden BMT-də işləmək arzusunu dilə gətirib.
“İnanmıram ki, məndən yaxşı siyasətçi çıxar. Çünki öz ziyanıma olsa belə, hər zaman sözün düzünü deyirəm. Lakin dünyanın inkişafı üçün çalışmaq istərdim. Əminəm ki, BMT-də hər hansı vəzifə sahibi olmaq mənə çox yaraşardı”, - deyə Ömər bin Laden vurğulayıb.
Qeyd edək ki, 2001-ci ildən Ömər bin Laden atası Üsəma bin Ladenlə görüşmür.
ANSPRESS