Bin Laden ABŞ-ı hədələdi
24 Yanvar 2010 Bazar 17:55
Birləşmiş Ştatları yeni terror aktları gözləyir. Bin Laden ABŞ-ı hədələdi.
Dünyanın bir nömrəli terrorçusu sayılan Üsamə bin Laden yenidən ABŞ-a xəbərdarlıq edib. O, Birləşmiş Ştatları qarşıda yeni terror aktları gözlədiyini söyləyib. “Fələstinin təhlükəsizliyi bərpa olunmayanadək ABŞ öz təhlükəsizliyi haqda ümumiyyətlə düşünməməlidir”,- deyə Üsamə bin Laden bəyan edib.

Onun sözlərinə görə, ABŞ İsrailə dəstək göstərdiyi müddət ərzində "Əl Qaidə" mübarizəni dayandırmayacaq.

Eyni zamanda bin Laden ötən ilin dekabr ayında ABŞ-ın hava limanlarından biri olan "North Airlines"da terror aktına cəhdin məsulliyyətini də öz üzərinə götürüb.

“Əl-Cəzirə” telekanalın bildirdiyinə görə, bin Ladenin hazırkı videoyazısının da əvvəlki video görüntüləri kimi həqiqətə uyğun olub-olmadığını müəyyənləşdirmək mümkün deyil.

Qeyd edək ki, bin Ladeni sonuncu dəfə 2007-ci ildə görmək mümkün olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar