Aksiyalarda ölənlərin qohumları cəzanın az olduğunu hesab edir.
Hərbi məhkəmədə qiyabi olaraq mühakimə olunan Tunisin xalq hərəkatı ilə devrilən lideri Zeyn əl Abidin bin Əli barəsində ömürlük həbs qərarı verildi. Bin Əli “Ərəb Baharı” adlı silsilə inqlabların başlanğıc yeri olan Tunisdə keçirilən aksiyalarda öldürülən mülki vətəndaşların qətlində ittiham olunur. Qeyd edək ki, eyni prosesdə diktatorun təhlükəsizlik xidmətinin rəhbəri Əli Şəriətiyə 20 il, daxili işlər naziri Rəfiq Bəlxəc Kacənə 15 il iş kəsilib.
Aksiyalarda vəfat edənlərin qohumları isə verilən cəzaların az olduğunu hesab edir və məhkəmənin bu qərarına etirazlarını bildirirlər. Keçmiş rejimin daha 40 üzvünü mühakimə edən məhkəmə aksiyaçıların qətlində ittiham etdiyi bu şəxslər üçün 5 ilə 20 il arasında həbs qərarı verib.
Xatırladaq ki, devrilmiş lider bin Əli daha əvvəl korrupsiya və işgəncə ittihamı ilə mühakimə edildiyi məhkəmələrdə müxtəlif illərdə həbs cəzasına məhkum olunmuşdu.