Bill Qeytsin prezidentə sayğısızlığı
24 Aprel 2013 Çərşənbə 03:09
Milyarder proqramçı xanım prezidentlə görüşərkən əlini şalvarının cibindən çıxarmayıb.
Cənubi Koreyada işgüzar səfərdə olan “Microsoft”un təsisçisi Bill Qeytsin prezident Pak Kın He ilə görüşü ölkədə qalmaqala səbəb olub. Belə ki, xanım prezidentlə görüşərkən milyarder proqramçının əlini şalvarının cibindən çıxarmamasını ictimaiyyət etirazla qarşılayıb. Məlumata görə, bu hərəkət Cənubi Koreya ənənələrinə görə birmənalı olaraq qarşısındakı insana hörmətsizlik kimi qəbul edilir. Qeyd edək ki, ölkə mətbuatında geniş müzakirə mövzusu olan bu hərəkətin qəbul edilən beynəlxalq protokol qaydalarına da zidd olduğu bildirilir.








DOSTLARINLA PAYLAŞ:

oyunlar