Bill Qeyts Braziliyadan qovuldu
20 Aprel 2011 Çərşənbə 13:06
“Microsoft”un sahibi qanunsuz hərəkətdə ittiham olunur
Ötən gün “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts məzuniyyətdə olduğu Braziliyadan qovulub. ANS PRESS-in “Franc-Press”ə istinadən verdiyi məlumata görə, bu barədə yerli polis məlumat yayıb.
Məlumata görə, Qeytslə birgə onun bir neçə dostu Riu-Neqru çayında qayıqla gəzinti zamanı saxlanılıblar. Məlum olub ki, heyət üzvlərinin qayığı sürmələri üçün icazələri yoxdur.

Bill Qeyts və dostlarının sənədlərində heç bir problem olmasa da, (Onların hamısı qanuni şəkildə turist vizası ilə Braziliyaya təşrif buyurublar) qanunsuz işçi qüvvəsindən istifadəyə görə cərimə olunublar və 3 gün ərzində Braziliyanı tərk etmək məcburiyyətində qalıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar